Shahdag 25 Poster

Bilet Al

Early Bird

Sold Out

Standart

65₼

Iceberg Shahdag

Biletlər artıq satışdadır! 2 xarici “headliner” və 3 yerli sənətçiyə ev sahibliyi edən tədbir iki hissə ilə yadda qalacaq. “Iceberg” adlandırdığımız bu tədbirin 12:00-da başlayan  görünən hissəsinə 2351 metr yüksəkliyə Budakid nəzarət edəcək. Böyük buz dağının 23:00-da başlayan “Dark Side” hissəsində isə qapalı məkanda, Şahdağ tunelində Ten Walls səhnədə olacaq. Bu bir günlük festivalda Şahdağ -Qusar qış istirahətinizi əsl xizək səfəri ilə birləşdirməyiniz, Shahdag Hotel və yaxınlqıdakı ərazilərdə indidən yerlər sifariş etməyiniz tövsiyə olunur. Çöldə  soyuq tempratur və qar gözlənilə bilər. İsti paltar və uyğun ayaqqabı geyindiyinizə əmin olun. 

Bu səyahətiniz baş sponsorumuz  @akart.az ilə daha əlçatandır. Biletlərinizi akart ilə əldə edərək 20% endirim qazanın. Rəqəmsal akart-ı yerində və ödənişsiz şəkildə eyniadlı tətbiqdə əldə edin və bu fürsəti qaçırmayın! Qeyd edək ki, biletə transport daxildir. Aşağıda sizə tədbirin vaxt cədvəlini bölüşürük. 

12:00-17:00   Şahdağ 2351 metr Budakid 
17:00-23:00  Gecələməyə məkan ayırmayan qonaqlarımız üçün isinmə və dincəlmə ərazisi düşündük.
23:00 -05:00 “Dark side” Shahdag Hotel Tunel Ten Walls

Transferlər də tədbirə uyğun iki hissədə geridönüş edəcək.
09:00 Bakı – Şahdağ
18:00 Şahdağ – Bakı
05:00 Şahdağ – Bakı
14:00 Şahdağ – Bakı (Otel və yaxınlqıdakı ərazidə qalanlar üçün)

Early Bird

Sold Out

Standart

65₼