

“Daşlar şahidlik edir, musiqi oyanır.”
Ten Walls bir il sonra 20 dekabrda yenidən Bakıya qayıdır və bu dəfə səhnədə ona öz təsirli vokalları ilə Goya qoşulur. Onların yeni albomlarının təqdimatını məhz bizə həvalə etmələri isə bu gecəni daha da xüsusi edir. Tədbir şəhərin ən qeyri-adi və yaddaş dolu məkanlarından biri olan Daş Salnamə Muzeyində baş tutacaq. Gecə boyunca daşların içində gizlənmiş köhnə izlər, ritual səslər və keçmişlə bu günün bir-birinə qarışdığı mistik bir atmosfer bizi qarşılayacaq. Bu yalnız bir tədbir deyil — musiqinin zamanla dialoquna çevrilən, hər notunda başqa bir qat açılan bir təcrübədir.
📍 Məkan: Stone Museum (Bayraq Meydanı)
📅 Tarix: 20 Dekabr
🕙 Başlama vaxtı: 22:00
🎵 Line Up: Ten Walls & Goya, Aliot, Rish Huss